Lenovo Legion Phone Duel adlı gamer smartfonu təqdim olundu

Lenovo Legion Phone Duel adlı gamer smartfonu təqdim olundu

Mobil Cihazlar
22.07.2020 PAYLAŞIM

    Lenovo şirkəti Legion brendi altında öz ilk gamer smartfonunu təqdim etdi. Smartfon Legion Phone Duel adını əldə edib. Sözügedən smartfon Snapdragon 865+ prosessorunu əldə etmiş ilk smartfon modeli oldu. Lenovo Legion Phone Duel modelinin özəllikləri arasında gövdənin kənar hissəsinə inteqrasiya edilmiş ön kamera, yüksək tezlikli təsvir yenilənməsinə sahib ekran, sürətli şarj texnologiyasına sahib 2 ədəd batareya və güclü səsgücləndiricilər var. Beləliklə Lenovo Legion Phone Duel smartfonu Full HD+ keyfiyyətli 6.6 düym AMOLED ekrana sahibdir. Ekranın özü 144 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Onu da qeyd etmək lazımdır ki, ekran üzərində heç bir çıxıntı hissə yoxdur və onun aşağı ilə yuxarı hissələrində Dirac Audio dəstəkli güclü səsgücləndiricilər var.


    Smartfonun əsas unikal özəlliklərindən biri odur ki, ön kamera gövdənin daxilində gizlədilib və lazım olan zaman o, smartfonun sol kənarının mərkəz hissəsindən çölə çıxır. Əsas texniki göstəricilərə gəldikdə isə Lenovo Legion Phone Duel Snapdragon 865+ prosessoru, 5G modem, LPDDR5 standartlı 12/16 GB RAM, UFS 3.1 standartlı 256/512 GB daxili yaddaş həcmi və 90 vatt gücündə sürətli şarj texnologiyasına sahib ümumilikdə 5000 mAh-lıq iki batareya ilə təchiz olunub. Məlumata əsasən yüksək sürətli şarj texnologiyası vasitəsilə bu smartfonda 50% enerjini 10 dəqiqəyə, 100% enerjini isə 30 dəqiqəyə yığmaq olar.

    Lakin bu halda istifadəçi iki batareyanı birdən şarj etməli olacaq. Bunun üçün o, USB Type-C girişinə iki ədəd şarj naqili taxmalı olacaq. Kameralara gəldikdə isə smartfon 64 MP (f/1.89 diafraqma) + 16 MP (ultragenişbucaqlı obyektiv) ikili arxa kamera və 20 MP-lik ön kamera ilə təchiz olunub. Əsas kameralar smartfonun arxa panelinin ortasında yerləşirlər. Lenovo Legion Phone Duel-in digər özəllikləri sırasında canlı yayımlar zamanı keyfiyyətli səs üçün 4 mikrofon, təkmilləşdirilmiş vibrasiya sistemi və oyunlarda rahat idarəetmə üçün nəzərdə tutulmuş kənar künc sensor düymələri var. Lenovo Legion Phone Duel bu ay Çində, daha sonra isə Avropa bazarında satışa çıxacaq. Smartfonun dəqiq satış tarixi ilə qiyməti barəsində heç bir məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×