Logo
    main-post-cover

    Lenovo Legion R7000P gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.03.2024
    Emil
         Lenovo şirkəti özünün Legion brendi altında yeni gaming noutbukunu təqdim edib. Təqdim edilmiş noutbuk Lenovo Legion R7000P adlanır. Beləliklə Lenovo Legion R7000P adlı yeni gaming noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 16 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk AMD-nin 4 nanometrlik Ryzen 7 8845H prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir.
         Bununla yanaşı noutbuk 16 GB RAM-ı və 1 TB-lıq SSD-ni əldə edib. Lenovo Legion R7000P öz enerjisini 80 vatt saat həcmli batareyadan əldə edir. Batareya üstəlik 140 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Noutbuk HDMI 2.1, USB 3.2 Gen 2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Lenovo Legion R7000P yaxın zamanda Çində satışa çıxacaq. Onu artıq indidən 1167$-a ön sifariş etmək olar. Noutbukun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş