Logo
    main-post-cover

    Lenovo Legion Y70 flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    19.08.2022
    Emil
        Lenovo şirkəti Legion seriyasına daxil olan yeni flaqman smartfon modelini təqdim edib. Söhbət, Lenovo Legion Y70 smartfonundan gedir. Sözügedən smartfon öz güclü texniki göstəriciləri ilə yanaşı həmçinin nazik gövdəsi ilə də diqqəti cəlb edir. Onun qiyməti isə bəzi orta büdcəli smartfonların qiymətləri ilə eynidir. Beləliklə Lenovo Legion Y70 smartfonu 144 Hz-lik təvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz oluunb.
        Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfonun 7.99 mm qalınlığında olan gövdəsi dözümlü metal çərçivə ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bundan əlavə olaraq smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərəd tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilər baxımından Lenovo Legion Y70 modeli Snapdragon 8+ Gen 1 prosessoru, 8/12/16 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizaisya, faza avtofokusu) + 13 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 68 vatt gücündə sürətli şarj texnologiyası 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon ZUI 14 interfeysli Android 12 vasitəsilə çalışır. Lenovo Legion Y70 23 avqust tarxiində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 8 GB RAM + 128 GB yaddaş - 437$
    - 12 GB RAM + 256 GB yaddaş - 496$
    - 16 GB RAM + 512 GB yaddaş - 629$.
    Paylaş
    Bənzər xəbərlər