main-post-cover

    Lenovo Legion Y7000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.01.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti Legion Y9000P 2024-dən əlavə daha bir gaming noutbukunu da təqdim edib. Təqdim edilmiş ikinci gaming noutbuku da şirkətin Legion seriyasına daxil olub. Beləliklə ikinci gaming noutbuku Legion Y7000P 2024 adını əldə edib. Sözügedən noutbuk 165 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk iki versiyada təqdim edilib. Onlardan biri Intel Core i7-14650HX prosessoru, digəri isə i7-14700HX prosessoru vasitəsilə çalışır.
         Üstəlik noutbuk özündə DDR5-5600 standartlı 16 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Alıcılar bu noutbukun 3 videokartdan birinə sahib versiyasını seçə bilərlər. Söhbət, NVIDIA GeForce RTX 4050, RTX 4060 RTX 4070 videokartlarından gedir. Legion Y7000P 2024 noutbukunun batareya həcmi 80 vatt saat təşkil edir. O, RGB işıqlandırmaya sahib klaviaturya, USB-A, USB-C, HDMI 2.1 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Legion Y7000P 2024-ün satış qiymətləri aşağıdakı kimidir.
    - i7-14650HX prosessoruna və GeForce RTX 4050-ə sahib model - 1023$
    - i7-14650HX prosessoruna və GeForce RTX 4060-a sahib model - 1121$
    - i7-14700HX prosessoruna və GeForce RTX 4060-ə sahib model - 1163$
    - i7-14700HX prosessoruna və GeForce RTX 4070-ə sahib model - 1261$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo Legion Y9000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-y9000p-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo Yoga Pro 14s noutbuku təqdim edilib
    lenovo-yoga-pro-14s-noutbuku-teqdim-edilib
    Lenovo ThinkBook Plus Gen 5 Hybrid noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-thinkbook-plus-gen-5-hybrid-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo Tab M11 planşeti təqdim edilib - QİYMƏTİ
    lenovo-tab-m11-planseti-teqdim-edilib-qiymeti
    Lenovo ekranı gövdəsindən ayrıla biləcək yeni noutbukunun təqdimatına hazırlaşır
    lenovo-ekrani-govdesinden-ayrila-bilecek-yeni-noutbukunun-teqdimatina-hazirlasir