main-post-cover

    Lenovo MWC 2024-də şəffaf ekranlı qeyri-adi noutbukunu sərgiləyib

    Cihazlar+
    26.02.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti MWC 2024 sərgisi çərçivəsində yeni qeyri-adi noutbukunu təqdim edib. Təqdim edilmiş noutbuk Lenovo ThinkBook Transparent Display adlanır. Sözügedən noutbukun qeyri-adi tərəfi isə ondan ibarətdir ki, o, şəffaf monitora və sensorlu klaviaturaya sahibdir. Şirkət bildirib ki, bu noutbuk sadəcə olaraq prototipdir. Sərgi çərçivəsində şirkət ThinkBook Transparent Display-in texniki göstəriciləri barəsində məlumat verməsə də, Mashable saytı bəzi təfərrüatları öyrənə bilib. Beləliklə məlumata əsasən sözügedən noutbuk 17.3 düym micro-LED ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, konfidensiallığın qorunması yolunda şəffaf ekranın arxa panelini sistem səviyyəsində qaraltmaq olar. Bu halda kənar şəxs arxa panel vasitəsilə şəffaf ekranda nəyin əks olunduğunu görə bilməyəcək. Noutbuk özündə generativ süni zəka funksiyalı veb kameranı birləşdirir. Noutbukun aşağı hissəsi böyük ölçülü sensorlu paneldir. Həmin panel öz növbəsində rəqəmsal klaviaturanı əks etdirir. İstifadəçi öz istəyinə uyğun olaraq klaviaturanı deaktiv edə və sensorlu paneli böyük ölçülü touchpad-ə çevirə bilər. Məlumata əsasən ThinkBook Transparent Display Windows 11 vasitəsilə çalışır. Lenovo-nun nə vaxtsa bu cür noutbuku satışa çıxarıb-çıxartmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung MWC 2024 sərgisində Galaxy Ring smart üzüyünü sərgiləyib
    samsung-mwc-2024-sergisinde-galaxy-ring-smart-uzuyunu-sergileyib
    Xiaomi Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
    xiaomi-watch-2-smart-saati-teqdim-edilib-qiymeti
    Lenovo Legion Y9000X 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-y9000x-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo Tab M10a 5G adlı yeni planşet üzərində çalışır
    lenovo-tab-m10a-5g-adli-yeni-planset-uzerinde-calisir
    Lenovo Legion Y9000K 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-y9000k-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti