
Lenovo-nun Snapdragon X Elite prosessorlu yeni noutbuku Geekbench testlərindən keçib
Lenovo-nun 4810UV0100 model nömrəsinə sahib hələ təqdim olunmamış yeni noutbuku Geekbench testlərindən keçib. Geekbench sayəsində məlum olub ki, Lenovo-nun yeni noutbuku Qualcomm-un Snapdragon X Elite desktop prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən noutbukun 32 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlumatlar bazasında qeyd edilib ki, noutbuk Windows 11 Pro əməliyyat sisteminə sahibdir. Noutbuk Geekbench-in bir nüvəli testi çərçivəsində 2427 xal, çox nüvəli testi çərçivəsində isə 14 254 xal toplayıb. Lenovo-nun Snapdragon X Elite prosessoru vasitəsilə çalışan yeni noutbukunun necə adlanacağı və nə zaman təqdim olunacağı hələ bilinmir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar