main-post-cover

    Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

    Cihazlar+
    22.03.2023
    Farid Pardashunas
        Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altında olan mobil şöbəsini ixtisar və gaming smartfonların istehsal edilməsindən imtina edib. Bir neçə maraqlı gaming smartfon modelini təqdim etməsinə baxmayaraq Lenovo bu sahədə hansısa ciddi bir nailiyyət əldə edə bilməyib. Qeyd etmək lazımdır ki, şirkətin son gaming smartfonu keçən ilin avqust ayında təqdim edilmiş Legion Y70 modelidir. Sözügedən smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır. Lenovo Legion Y70 yaxşı qiymət-performans nisbətinə sahib idi.
        Lakin bu da Lenovo-nun gaming smartfonlar bazarında liderlik əldə etməsinə yardımçı olmadı. Bununla belə dizayn və gaming funksiyalar baxımından Y70 modeli 2022-ci ilin əvvəlində təqdim edilmiş Y90 modelindən fərqli olaraq daha sadə idi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlum oldu ki, digər bir şirkət də özünün gaming smartfon seriyasının komandasını ixtisar edib. Söhbət, Xiaomi şirkətindən və onun Black Shark adlı gaming smartfon seriyasından gedir. Burdan da belə qənətə gəlmək olar ki, gaming smartfonlar bazarında aktiv şəkildə çalışmağa davam edən iki təmsilçi qalıb. ROG Phone seriyası ilə ASUS şirkəti və Red Magic seriyası ilə Nubia şirkəti.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər