main-post-cover

    Lenovo şirkəti Legion adlı ilk gamer smartfon modelinin nə zaman təqdim olunacağını açıqladı

    Cihazlar+
    12.06.2020
    Farid Pardashunas
        Yarım il ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Lenovo şirkəti sonunda özünün Legion adlı gamer smartfon modelinin təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Lenovo şirkətinin Weibo sosial şəbəkəsində təqdim etdiyi posterə əsasən Lenovo Legion gamer smartfonu gələn ay təqdim olunacaq. Lakin dəqiq təqdimat tarixi təqdimata az müddət qalmış bildiriləcək. Qeyd etmək lazımdır ki, Lenovo Legion smartfonunun əsas özəlliklərindən biri məhz ekranı olacaq.
        Belə ki, smartfonun ekranında üfüqi şəkildə istifadə etmək rahat olacaq. Bunun üçün şirkət smartfonun interfeysini optimizasiya edəcək və hərəkətli ön kameranı smartfonun yuxarı hissəsinə deyil kənar hissəsinə inteqrasiya edəcək. Əsas kamera isə arxa panelin mərkəzində yerləşdiriləcək. Bundan əlavə olaraq Lenovo Legion smartfon modeli Snapdragon 865 prosessoru, LPDDR5 standartlı RAM, 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya və soyutma sistemi ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər