Lenovo şirkəti Lenovo Legion Y90 adlı yeni gamer smartfonunu təqdim edib - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion Y90 adlı yeni gamer smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
01.03.2022 PAYLAŞIM

    Lenovo şirkəti MWC 2022 sərgisi zamanı özünün Legion brendi çərçivəsndə yeni flaqman smartfonunu təqdim edib. Təqdim edilmiş Lenovo Legion Y90 smartfonu ilk növbədə gamerlər üçün nəzərdə tutulub. Yeni texniki özəlliklər ilə yanaşı Legion Y90 modeli daha öncəki Legion 2 Pro-nun bir sıra üstün cəhətlərini özündə qoruyub saxlayıb. Bundan əlavə olaraq Legion Y90 daha təkmilləşdirilmiş soyutma sisteminə sahibdir və həmin sistem uzunmüddətli yüklənmələr zamanı smartfonun stabil çalışmasını təmin edir. Yeni smatfonu Lenovo Legion 2 Pro-dan fərqləndirən digər bir əsas özəllik də ondan ibarətdir ki, Legion Y90-da kənar hissədən gövdənin daxilinə inteqrasiya edilmiş ön kameradan imtina edilib.


    Beləliklə Legion Y90 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.92 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekran Dolby Vision-u və HDR10+ texnologiyasını dəstəkləyir. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Bundan əlavə olaraq mobil oyunlarda rahat idarəetməni reallaşdırmaq üçün smartfonun kənar hissəsinə 4 ədəd sensorlu düymə yerləşdirilib. Əsas texniki göstəricilər baxımından Legion Y90 smartfonu Snapdragon 8 Gen 1 prosessoru, 12/16/18 GB RAM, 256/ 512 GB GB daxili yaddaş həcmi, 64 MP + 13 MP (120 dərəcə tutma bucağı) ikili arxa kamera, 16 MP-lik ön kamera və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Qeyd etmək lazımdır ki, smartfonun 512 GB daxili yaddaşa sahib olan versiyası həmçinin 128 GB həcmində SSD ilə də təchiz olunur. Beləliklə həmin versiyanın ümumi daxili yaddaş həcmi 640 GB təşkil edir. Smartfonun arxa kameraları saniyədə 24 kadr sürətlə 8K keyfiyyətli, 30-60 kadr sürətlə 4K keyfiyyətli, 30-60 kadr sürətlə 1080p keyfiyyətli, 30 kadr sürətlə 720p keyfiyyətli videolar çəkə bilir. Bundan əlavə olaraq həmin kameralar 120-240 kadr sürətlə 1080p keyfiyyətli və 120-240 kadr sürətlə 720p keyfiyyətli slow-mo videolar çəkə bilirlər. Smartfonun arxa panelinin mərkəzində xüsusi sahə mövcuddur və arxa kameralar həmin sahə ətrafında yerləşirlər. Xüsusi sahənin ortasında isə Legion brendinin RGB işıqlandırmaya sahib loqosu əks olunur. Lenovo Legion Y90 smarfonu 10 mart tarixində Çində satışa çıxacaq. Onun Çindəki satış qiymətləri isə aşağıdakı kimi olcaq:

- 12 GB RAM + 256 GB yaddaş - 681$

- 16 GB RAM + 256 GB yaddaş - 728$

- 18 GB RAM + 512 GB yaddaş - 839$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×