
Lenovo Yoga Pro 14s noutbuku təqdim edilib
Cihazlar+
16.01.2024
Emil
Lenovo şirkəti özünün Yoga seriyasının yeni noutbukunu təqdim edib. Söhbət, Lenovo Yoga Pro 14s-dən gedir. Beləliklə sözügedən yeni noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 14.5 düym ekranla təchiz olunub. Ekran DCI-P3 və sRGB rəng diapazonlarının 100%-ni əhatə edir. Üstəlik ekranın yuxarı çərçivəsi daxilində 1080p keyfiyyətli veb kamera yerləşir.

Lenovo Yoga Pro 14s noutbuku AMD Ryzen 7 7840HS prosessoru vasitəsilə çalışır və özündə LPDDR5X standartlı 16/32 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Lenovo-nun sözlərinə əsasən bu yeni noutbuk bir dəfə şarj olunandan sonra 12 saata kimi çalışa bilir. Noutbuk özündə USB 4 Type-C, USB 3.2 Type-A və HDMI 2.1 girişlərini birləşdirir. Lenovo Yoga Pro 14s artıq Çin bazarında satışa çıxıb. 16 GB RAM-a sahib versiya 801$-a, 32 GB RAM-a sahib versiya isə 843$-a satılır. Noutbukun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
