
LG 27UQ850 adlı yeni monitor təqdim edilib
Cihazlar+
28.12.2023
Emil
LG şirkəti kontent yaradıcıları üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni monitor LG 27UQ850 adını əldə edib. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS Black ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitor ESA DisplayHDR 400 sertifikatına sahibdir və özündə LG Calibration Studio adlı proqram təminatını birləşdirir.

Bu proqram təminatı öz növbəsində ekrandakı rəngləri düzgün şəkildə ayarlamağa imkan verir. Monitor DisplayPort, HDMI və USB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Bununla yanaşı monitora 5 vatt gücündə stereo səsgücləndiricilər quraşdırılıb. LG 27UQ850 yaxın zamanda Çində satışa çıxacaq. Onun satış qiyməti barəsində məlumat verilməyib. Üstəlik monitorun digər regionlarda satılıb-satılmayacağı da bilinmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
