Logo
    main-post-cover

    LG 3 ədəd yeni monitorunu təqdim edib

    Cihazlar+
    29.12.2023
    Emil
         LG şirkəti MyView adlı yeni monitor seriyasını anons edib və bu seriya çərçivəsində 3 monitorunu təqdim edib. Onlar LG 32SR85U, 32SR83U 32SR70U adlarını əldə ediblər. Sözügedən monitorlar xarici görünüşcə eynidirlər və öz aralarında texniki göstəricilər baxımından az fərqlənirlər. Beləliklə hər üç monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K UHD keyfiyyətli 31.5 düym IPS ekranla təchiz olunub. LG 32SR85U, 32SR83U modellərində ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, LG 32SR70U modelinin ekranında maksimal parlaqlıq səviyyəsi isə 350 nit təşkil edir.
         Hər üç monitorun ekranı DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir və HDR10 dəstəyinə sahibdir. Monitorlar özlərində HDMI USB-C girişlərini birləşdirirlər. Onlarda olan USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bu mövzuda LG 32SR85U LG 32SR70U modelindəki USB-C girişi 90 vatt, LG 32SR83U modelindəki USB-C girişi 65 vatt, LG 32SR70U modelindəki USB-C girişi isə 45 vatt çıxış gücünə sahibdir. Bununla yanaşı monitorların hər biri 5 vatt gücündə iki ədəd səsgücləndirici ilə təchiz olunub. Sözügedən yeni monitorların nə zaman və hansı qiymətə satışa çıxacaqları gələn ay baş tutacaq CES 2024 sərgisində açıqlanacaq.
    Paylaş