
LG 38WR85QC-W adlı yeni monitor təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.12.2023
Emil
LG şirkəti professional istifadəçilər üçün nəzərdə tutulmuş LG 38WR85QC-W adlı yeni monitorunu təqdim edib. Beləliklə sözügedən yeni monitor əyilmiş dizaynda reallaşdırılıb və 144 Hz-lik təsvir yenilənməsinə sahib Wide Quad HD+ (3840x1600 piksel) keyfiyyətli 38 düym Nano IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir və DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Ekran özündə AMD FreeSync Premium Pro və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort, HDMI, LAN, USB-A və USB-C girişlərinə sahibdir. Monitorun USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür və bu istiqamətdə o, 90 vatt çıxış gücünə sahibdir. LG 38WR85QC-W artıq Çin bazarında satışa çıxıb və 1270$-a satılır. Monitorun qlobal bazarda hansı qiymətə satılacağı hələ açıqlanmayıb.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
