main-post-cover

    LG-dən T hərfi formalı qeyri adi smartfon gəlir: Rəsmi təqdimat tarixi (VİDEO)

    Cihazlar+
    02.09.2020
    Emil Nəcəfov
        Bir neçə aylıq məlumat sızıntılarından sonra LG şirkəti özünün Wing kod adına sahib T hərfi formalı qeyri adi smartfon modelinin təqdimat tarixini elan edib. Şirkətin təqdim etdiyi tizer videosuna əsasən smartfon 14 sentyabr tarixində təqdim olunacaq. LG-nin yeni smartfon modelinin əsas özəlliyi ondan ibarət olacaq ki, o, iki ekrana və T hərfi formasında konstruksiyaya sahib olacaq.
        Birinci ekran əsas ekran qismində, ikinci ekran isə köməkçi ekran qismində çıxış edəcək. Köməkçi ekranı smartfonun aşağı hissəsindən hərəkət etdirmək mümkün olacaq. Məlumata əsasən köməkçi ekran 4 düym ölçüsündə olacaq. Əsas ekranın 6.8 düym ölçüdə olacağı və onun üzərində heç bir çıxıntı hissənin olmayacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən LG Wing smartfonu Snapdragon 765G və ya Snapdragon 768G prosessoru, 8/12 GB RAM və bir neçə ədəd kamera ilə təchiz olunacaq.
    Linki kopyala