Logo
    LG Evnia 34M2C5501A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    LG Evnia 34M2C5501A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.11.2024
         LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG Evnia 34M2C5501A adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun isə 91%-ni əhatə edir. Monitor özündə AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. Monitor 5 vatt gücündə iki ədəd səsgücləndiriciyə, HDMI 2.0, DisplayPort 1.4, USB 3.2 Gen 1 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişə sahibdir. Philips Evnia 34M2C5501A-nın nə zaman satışa çıxacağı açıqlanmasa da qeyd edilib ki, onun qiyməti 380 avro təşkil edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    LG Evnia 34M2C5501A gaming monitoru təqdim edilib - QİYMƏTİ