
LG hərəkətli ekrana sahib cihaz üzərində çalışmağa davam edir
Cihazlar+
14.10.2024
Emil
LG-nin 2021-ci ildə smartfon biznesindən ayrılmasına baxmayaraq yeni patentə əsasən şirkət hərəkətli ekrana sahib cihaz üzərində çalışmağa davam edir. Bir neçə müddət bundan öncə ortaya çıxmış patent sorğusuna əsasən LG smartfonu hərəkətli ekran vasitəsilə planşetə çevirə bilən texnologiya üzərində çalışır. Bu, LG-nin smartfon biznesinə geri qayıdacağı demək deyil. Lakin şirkət bu cür ekranı Huawei, Honor, OPPO və Motorola kimi şirkətlər üçün istehsal edə bilər.

Qeyd etmək lazımdır ki, 2022-ci ildə LG Rollable adlı cihazın videosu ortaya çıxmışdı. Bu cihaz innovasiyalı OLED ekrana sahib idi. Belə ki, cihazın ekranı 6.8 düym ölçüdən 7.4 düym ölçüyə genişlənə bilirdi. LG hərəkətli ekrana sahib cihazının hazırlanma prosesini 2021-ci ildə dayandırmışdı. LG Rollable adlı cihazın videosu isə 2022-ci ilin sentyabr ayında ortaya çıxmışdı. Məlumata əsasən şirkət sözügedən cihaz ilə bağlı patent sorğusunu 2023-cü ildə göndərib. Sorğu barəsində məlumat yalnız indi ortaya çıxıb. Çox güman ki, bu, LG-nin bu cihazdan imtina etmədiyinə işarə edir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
