
LG şirkəti Blue-ray playerlərin istehsalını dayandırır
Cihazlar+
13.12.2024
Emil
LG Electronics şirkəti Blu-ray və UHD Blu-ray disklərinin oxudulması üçün nəzərdə tutulmuş playerlərin istehsalını dayandırır. Streaming servislər ilə müqayisədə daha yüksək görüntü keyfiyyətinə sahib olmalarına baxmayaraq bu formatlar artıq tarixə qovuşurlar. LG şirkəti hələ rəsmi şəkildə bunu elan etməsə də, onun saytında Blue-ray playerlərinin satışları dayandırılıb. Playerləri ABŞ və Avropadakı bəzi riteyler mağazalarda hələ də əldə etmək olar.
Qeyd etmək lazımdır ki, LG sonuncu dəfə Blue-ray playerlərini 2018-ci ildə təqdim etmişdi. Söhbət, BK80 və UBK90 adlı playerlərdən gedir. Ümumiyyətlə Blue-ray playerlər bazarı satışlarının ən pik nöqtəsinə 2017-ci ildə çatmışdı. Həmin vaxtdan bu bazarda satışlar aşağı düşməyə başladı. Statistikaya əsasən təkcə ABŞ-da 2014-cü ildən 2018-ci ilə kimi bu cür playerlərə tələbat 25.2 milyon ədəd cihazdan 9.1 milyon ədəd cihaza kimi düşdü. Bunun səbəbi isə Netflix kimi müxtəlif streaming servislərinin fəaliyyət göstərməsindədir
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
