LG şirkəti dəstəyini dayandırmayacağı smartfonların adlarını açıqlayıb
Cihazlar+
08.04.2021
Farid Pardashunas
LG şirkəti mobil biznesinin bağlanmasına baxmayaraq öz smartfonlarını 3 il müddətində dəstəkləyəcəyinə söz verib. Şirkət təmsilçiləri Android-in yeni versiyalarını dəqiq şəkildə əldə edəcək smartfonların adlarını açıqlayıblar. Beləliklə verilmiş məlumata əsasən LG G, V seriyalarına daxil olan smartfonların və LG Velvet ilə LG Wing modellərinin istifadəçiləri Android-in 3 versiyasını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, LG G və V seriyalarına gəldikdə söhbət, 2019-cu ildə və ondan sonra təqdim edilmiş smartfonlardan gedir.
Məsələn LG Velvet smartfonu Android 10 vasitəsilə çalışır. Beləliklə onun üçün son əməliyyat sistemi Android 13 olacaq. Android-in 3 versiyasını həmçinin LG G5 ThinQ, G8x ThinQ, G8s ThinQ, V50 ThinQ və V60 ThinQ modelləri də əldə edəcəklər. Flaqman smartfonlardan əlavə olaraq Android-in 2 versiyasını LG Stylo və LG K seriyasına daxil olan smartfonlar da əldə edəcəklər. Söhbət, bu seriyalarda 2020-ci ildə satışa çıxmış smartfonlardan gedir. Qeyd etmək lazımdır ki, LG şirkəti smartfonların istehsalı prosesini 31 iyul tarixində dayandıracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək