
LG şirkəti MyView Smart Monitor adlı yeni smart monitorunu təqdim edib - QİYMƏTİ
Cihazlar+
02.07.2024
Emil
LG şirkəti komplektində naqilsiz klaviatura ilə mouse-u birləşdirən MyView Smart Monitor adlı yeni smart monitorunu təqdim edib. Təqdim edilmiş bu yeni monitorun əsas özəlliyi ondadır ki, o həm kompüter üçün nəzərdə tutulmuş monitor rolunda həm də ayrıca smart televizor rolunda çıxış edə bilir. Bunun üçün MyView Smart Monitor-un sadəcə internetə qoşulması lazımdır. Sözügedən monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub.

Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran NTSC rəng diapazonunun 72%-ni əhatə edir. Monitor özündə 5 vatt gücündə olan iki ədəd səsgücləndiricini, 2 ədəd HDMI və 2 ədəd USB Type-A girişini birləşdirir. LG-nin sözügedən yeni smart monitoru WebOS əməliyyat sistemi vasitəsilə çalışır və Netflix, Prime Video, Disney+ kimi servislərdən istifadə imkanını verir. LG MyView Smart Monitor artıq ABŞ bazarında 299$-a satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
