LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

Mobil Cihazlar
14.09.2020 PAYLAŞIM

    LG şirkəti bu ilin ən qeyri adi smartfonlarından biri olan LG Wing-i təqdim edib. Sözügedən smartfonun əsas özəlliklərindən biri də odur ki, o, iki ekrana sahibdir və ikinci ekran hərəkət mexanizminə sahibdir. Şirkətin verdiyi məlumata əsasən bu cür konstruksiya istifadəçiyə smartfondan müxtəlif istifadə ssenarilərini təqdim edir. Adi formada LG Wing tamamilə standart smartfona bənzəyir və bu halda o, nazik çərçivələri özündə birləşdirən 6.8 düym ekrana sahib olur. Lakin istifadəçi həmin ekranı 90 dərəcə çevirərək 3.9 düym ölçüsündə olan ikinci ekrana keçid edə bilir.


    Nəticədə hər bir ekranda müxtəlif tətbiqlər işə düşə bilər. Digər istifadə ssenarisinə əsasən ekranlar bir-birilərini tamamlaya da bilərlər. Məsələn, 90 dərəcə çevrilmiş ekranda video, ikinci ekranda isə videonun idarəetmə düymələri əks oluna bilərlər. Lakin LG Wing-dən ən ideal istifadə ssenarisi məhz video çəkilişidir. Bu halda smartfon əl stabilizatoru rolunu imitasiya edir. Bunun üçün smartfonun kamera tətbiqində xüsusi çəkiliş rejimi mövcuddur.

    Əsas texniki göstəricilərə gəldikdə isə LG Wing smartfonu 5G dəstəkli Snapdragon 765G prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP (optik stabilizasiyalı) + 12 MP (ultragenişbucaqlı sensor) + 12 MP üçlü arxa kamera, 32 MP-lik hərəkətli ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. İlkin növbədə LG Wing yalnız ABŞ-ın mobil operatorlarının istifadəçiləri üçün satışa çıxacaq. Smartfonun qiyməti barəsində isə heç bir məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..


HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ..

HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib.


Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub..

Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press..


iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərql..

×