LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

Mobil Cihazlar
14.09.2020 PAYLAŞIM

    LG şirkəti bu ilin ən qeyri adi smartfonlarından biri olan LG Wing-i təqdim edib. Sözügedən smartfonun əsas özəlliklərindən biri də odur ki, o, iki ekrana sahibdir və ikinci ekran hərəkət mexanizminə sahibdir. Şirkətin verdiyi məlumata əsasən bu cür konstruksiya istifadəçiyə smartfondan müxtəlif istifadə ssenarilərini təqdim edir. Adi formada LG Wing tamamilə standart smartfona bənzəyir və bu halda o, nazik çərçivələri özündə birləşdirən 6.8 düym ekrana sahib olur. Lakin istifadəçi həmin ekranı 90 dərəcə çevirərək 3.9 düym ölçüsündə olan ikinci ekrana keçid edə bilir.


    Nəticədə hər bir ekranda müxtəlif tətbiqlər işə düşə bilər. Digər istifadə ssenarisinə əsasən ekranlar bir-birilərini tamamlaya da bilərlər. Məsələn, 90 dərəcə çevrilmiş ekranda video, ikinci ekranda isə videonun idarəetmə düymələri əks oluna bilərlər. Lakin LG Wing-dən ən ideal istifadə ssenarisi məhz video çəkilişidir. Bu halda smartfon əl stabilizatoru rolunu imitasiya edir. Bunun üçün smartfonun kamera tətbiqində xüsusi çəkiliş rejimi mövcuddur.

    Əsas texniki göstəricilərə gəldikdə isə LG Wing smartfonu 5G dəstəkli Snapdragon 765G prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP (optik stabilizasiyalı) + 12 MP (ultragenişbucaqlı sensor) + 12 MP üçlü arxa kamera, 32 MP-lik hərəkətli ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. İlkin növbədə LG Wing yalnız ABŞ-ın mobil operatorlarının istifadəçiləri üçün satışa çıxacaq. Smartfonun qiyməti barəsində isə heç bir məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung şirkəti daha bir büdcəli smartfon seriyası üzərində çalışır

Samsung şirkəti son bir neçə il ərzində bazara Galaxy M və Galaxy A seriyaları altında büdcəli smart..


Google Pixel 5 smartfon modelinin təqdimat tarixi rəsmi şəkildə elan edilib

Olmuş bir sıra məlumat sızıntılarından sonra Google şirkəti Pixel 5 smartfon modelinin təqdimat tari..


Huawei Mate 40 smartfon seriyası bu il satışa çıxmaya bilər

Nüfuzlu insayderin verdiyi məlumata əsasən Huawei pərəstişkarları bu il Mate 40 seriyasının satışlar..


Google Play Store-a yeni funksiya gələcək: Tətbiq Paylaşma

Google şirkəti Play Store servisinə yeni və maraqlı funksiya əlavə etməyi planlaşdırır.


Samsung Galaxy Note 20 Ultra 5G-nin maya dəyəri nə qədərdir?

Smartfonun pərakəndə qiyməti heç zaman onun real maya dəyərini əks etdirmir. Smartfonun pərakəndə qi..


Apple şirkəti qatlana bilən iPhone üzərində işlərə start verib

Görünür, Apple şirkəti Samsung, Microsoft, Motorola və Huawei şirkətlərinin ardınca yaxın gələcəkdə ..

×