main-post-cover

    LG UltraFine 27UQ850V adlı yeni monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.03.2024
    Emil Nəcəfov
         LG şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru LG UltraFine 27UQ850V adlanır. Beləliklə bu monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Bununla yanaşı ekran VESA DisplayHDR 400 sertifikatına və AMD FreeSync texnologiyasının dəstəyinə sahibdir. Ekran DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitora 5 vatt gücündə səsgücləndiricilər quraşdırılıb. LG UltraFine 27UQ850V özündə DisplayPort 1.4, HDMI 2.0, USB-A 3.0USB-C girişlərini birləşdirir. Monitorda olan USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. LG UltraFine 27UQ850V artıq Çində 392$ qiymətində satışa çıxıb. Monitorun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LG UltraGear OLED 45GS96QB gaming monitoru təqdim edilib
    lg-ultragear-oled-45gs96qb-gaming-monitoru-teqdim-edilib
    LG UltraGear 32GS95UE-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-32gs95ue-b-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 27GS95QE gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27gs95qe-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG SIGNATURE OLED T adlı şəffaf televizor təqdim olunub
    lg-signature-oled-t-adli-seffaf-televizor-teqdim-olunub
    LG 3 ədəd yeni monitorunu təqdim edib
    lg-3-eded-yeni-monitorunu-teqdim-edib