Logo
    main-post-cover

    LG UltraFine 27US550-W monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.11.2024
    Emil
         LG şirkəti media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru LG UltraFine 27US550-W adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.0 girişlərini və 3.5 mm-lik audio girişi birləşdirir. LG UltraFine 27US550-W artıq satışa çıxıb və onun qiyməti 340$ təşkil edir.
    Paylaş