Logo
    main-post-cover

    LG UltraGear 27G810A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.08.2025
    Emil
         LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27G810A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 180 Hz-lik təsvir yenilənməsi və 4K UHD görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 360 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin olunur. Monitorun özü 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium и NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini əldə edib. LG UltraGear 27G810A-nı artıq Çində 417$-a ön sifariş etmək olar. Lakin onun nə zaman satışa çıxacağı və digər regionlarda satılıb-satılmayacağı açıqlanmayıb.
    Paylaş