
LG UltraGear 27G850A gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
21.01.2025
Emil
LG şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27G850A adlanır. Beləliklə bu yeni monitor 2 rejimdə çalışması ilə fərqlənir. Birinci rejim çərçivəsində monitor 240 Hz-lik təsvir yenilənməsini və 4K görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 480 Hz-lik təsvir yenilənməsini və 1080p görüntü keyfiyyətini təmin edir. Monitor 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü Nano IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Monitor özündə NVIDIA G-Sync və AMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 2.1, HDMI 2.1 və USB-A girişlərini əldə edib. LG UltraGear 27G850A artıq Çində satışa çıxıb və onun qiyməti 818$ təşkil edir. Lakin yaxın zamanda onun digər regionlarda da satışa çıxacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
