Logo
    main-post-cover

    LG UltraGear 27GR95UM adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.12.2023
    Emil
         LG şirkəti LG UltraGear 27GR95UM adlı yeni ultra geniş bucaqlı gaming monitorunu təqdim edib. Sözügedən monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli IPS mini-LED ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 99.5%-ni əhatə edir və özündə NVIDIA G-SYNC и AMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB-C girişlərinə sahibdir. Üstəlik monitora 7 vatt gücündə stereo səsgücləndiricilər quraşdırılıb. LG UltraGear 27GR95UM yaxın günlərdə Çində satışa çıxacaq və 1400$-a satılacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş