
LG UltraGear 27GS75Q gaming monitoru təqdim edilib
LG şirkəti özünün UltraGear monitor seriyasının yeni gaming modelini təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27GS75Q adlanır. Beləliklə bu yeni gaming monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran HDR10 dəstəyinə sahibdir və o, DCI-P3 rəng diapazonunun 99%-ni, sRGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə DisplayPort və HDMI girişlərini birləşdirir. LG UltraGear 27GS75Q artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 276$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı isə bilinmir.

Paylaş