
LG UltraGear 27GX704A gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27GX704A adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü WOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB Type-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. LG UltraGear 27GX704A-nın nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra açıqlanacaq.

Paylaş