
LG UltraGear 32GS75QN-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.11.2024
Emil
LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 32GS75QN-B adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 31.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın təsvir yenilənməsini 200 Hz-ə kimi yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor AMD FreeSync, NVIDIA G-Sync texnologiyalarını dəstəkləyir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. LG UltraGear 32GS75QN-B artıq satışa çıxıb və onun qiyməti 279 avro təşkil edir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
