LG UltraGear 32GS95UE-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti özünün UltraGear monitor seriyasının yeni modelini təqdim edib. Təqdim edilmiş yeni gaming monitor LG UltraGear 32GS95UE-B adlanır. Beləliklə bu yeni gaming monitor 480 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym OLED ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 275 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Ekran FreeSync Premium Pro və NVIDIA G-Sync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə HDMI 2.1, USB-B, USB-A girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və səsgücləndiriciləri birləşdirir. LG UltraGear 32GS95UE-B aprel ayında satışa çıxacaq. Onu artıq indidən ön sifariş etmək olar. Monitorun qiyməti 1400$ təşkil edir.