
LG UltraGear 45GS95QE gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.05.2024
Farid
LG şirkəti özünün UltraGear monitor seriyasının yeni gaming modelini təqdim edib. Yeni monitor LG UltraGear 45GS95QE adlanır. Beləliklə LG-nin sözügedən yeni gaming monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 44.5 düym OLED ekranla təchiz olunub. Ekran əyilmiş dizaynda hazırlanıb. Ekranın maksimal parlaqlıq səviyysəi 1300 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir.
LG UltraGear 45GS95QE-nin əsas özəlliklərindən biri də OLED Care funksiyasıdır. Bu funksiya monitor ekranının yanmasının qarşısını alır. Monitor həmçinin NVIDIA G-SYNC və AMD FreeSync Premium texnologiyialarının dəstəklərinə sahibdir. Monitor özündə DisplayPort 1.4 və HDMI 2.1. girişlərini birləşdirir. LG UltraGear 45GS95QE-ni artıq Çində 1380$-a ön sifariş etmək olar. Onun nə zaman satışa çıxacağı isə daha sonra açıqlanacaq. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
