Logo
    main-post-cover

    LG UltraGear OLED 32GS95UE adlı yeni gaming monitor təqdim edilib

    Cihazlar+
    22.12.2023
    Emil
         LG şirkəti özünün UltraGear monitorlar seriyasının yeni modelini təqdim edib. Yeni gaming monitor LG UltraGear OLED 32GS95UE adını əldə edib. Bu yeni gaming monitorun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, iki müxtəlif rejimdə çalışan 4K keyfiyyətli OLED ekranla təchiz olunub. Beləliklə LG UltraGear OLED 32GS95UE monitoru 4K keyfiyyətli 32 düym OLED ekranla təchiz olunub. Ekran iki rejimdə çalışa bilir.
         Birinci rejim çərçivəsində ekran 480 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyəti, ikinci rejim çərçivəsində isə ekran 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyəti dəstəkləyir. Bu rejimlər arasında keçid xüsusi düymə vasitəsilə reallaşdırılır. Ekran həmçinin DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir və özündə G-Sync ilə FreeSync Premium Pro texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1 DisplayPort 1.4 girişlərinə sahibdir. Monitorun nə zaman və hansı qiymətə satışa çıxacağı gələn ay keçiriləcək CES 2024 sərgisində açıqlanacaq.
     
    Paylaş