
LG UltraGear OLED 32GX850A gaming monitoru təqdim edilib
LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru UltraGear OLED 32GX850A adlanır. Bu yeni monitor iki rejimdə çalışmağı ilə seçilir. Birinci rejim çərçivəsində 165 Hz-lik təsvir yenilənməsi və 4K görüntü keyfiyyəti, ikinci çalışma rejimi çərçivəsində isə 330 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin olunur. Monitorun özü 31.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI və DisplayPort girişlərini əldə edib. LG UltraGear OLED 32GX850A yaxın zamanda satışa çıxacaq. Onun qiyməti isə məlum deyil.

Paylaş