
LG UltraGear OLED 45GS96QB gaming monitoru təqdim edilib
Cihazlar+
15.03.2024
Emil
LG şirkəti böyük ölçüyə sahib yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor şirkətin UltraGear seriyasına daxil olub və o, LG UltraGear OLED 45GS96QB adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 44.5 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 275 nit təşkil edir və o, əyilmiş dizaynda hazırlanıb. Ekran VESA DisplayHDR True Black 400, AMD FreeSync Premium Pro və NVIDIA G-SYNC texnologiyalarını dəstəkləyir və üstəlik DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Monitor özündə USB-C, DisplayPort və HDMI girişlərini birləşdirir. Monitorda olan USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. LG UltraGear OLED 45GS96QB artıq ABŞ bazarında 1700$ qiymətində satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
