LG yeni UltraGear evo oyun monitorlarını təqdim etdi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, LG CES 2025 sərgisindən öncə yeni UltraGear evo adlı premium oyun monitorları seriyasını rəsmi olaraq elan edib. Yeni seriya fərqli ekran texnologiyalarını əhatə etsə də, bütün modelləri birləşdirən əsas xüsusiyyətlər 5K çözünürlük və AI upscaling texnologiyasıdır.
UltraGear evo xəttinin flaqman modelləri 39GX950B, 27GM950B və 52G930B olaraq təqdim olunub. Model adlarındakı ilk rəqəm ekran ölçüsünü göstərir: 39, 27 və 52 düym. 39 düymlük GX9, 21:9 nisbətinə malik 5K2K OLED ultrawide ekrandır. Monitor tam çözünürlükdə 165Hz, daha sürətli oyunlar üçün isə WFHD rejimində 330Hz yenilənmə tezliyi təklif edir.
27 düymlük GM9 modeli isə LG-nin “Yeni” MiniLED texnologiyasından istifadə edir. Bu panel OLED-ə yaxın kontrast təqdim etməklə yanaşı, daha yüksək parlaqlıq və MiniLED-lərdə tez-tez rast gəlinən blooming probleminin minimuma endirilməsi ilə seçilir. Qeyd edək ki, LG Apple-ın Pro Display XDR monitorunun panellərini istehsal edir və bu modelin yaxın zamanda yenilənəcəyi ilə bağlı gözləntilər var.
Seriyanın ən böyük modeli olan 52 düymlük G9 əyri dizayna malik nəhəng ekranla 12:9 panoramik görüntü təqdim edir və yerli 5K2K çözünürlükdə 240Hz yenilənmə tezliyini dəstəkləyir. Yeni UltraGear evo monitorları CES 2025 sərgisində nümayiş olunacaq. Hazırda isə qiymət və satış tarixi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Paylaş
Bənzər xəbərlər