Logitech G Pro X2 Superstrike təqdim olundu
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Logitech yeni G Pro X2 Superstrike modeli ilə gaming siçan bazarında mühüm texnoloji yenilik təqdim edib. 179.99 dollar qiymətə satışa çıxarılan bu model induksiya prinsipi ilə işləyən analoq sensorlara sahib ilk gaming siçanlardan biridir.
Ənənəvi mikrosviçlərdən fərqli olaraq, bu sensorlar klikləri daha sürətli qeydə alır və daha aşağı gecikmə təqdim edir. Bu isə xüsusilə rəqabətli FPS və MOBA oyunlarında reaksiyanın daha çevik olmasına şərait yaradır. Gaming klaviaturalarda məşhurlaşan “rapid trigger” funksiyası artıq bu siçanda da mövcuddur. Bu xüsusiyyət düymənin çox sürətli şəkildə sıfırlanmasına imkan verir və ardıcıl kliklərin daha tez qəbul edilməsini təmin edir.
Bundan əlavə, istifadəçi əsas düymələrin aktivləşmə məsafəsini (actuation distance) özü tənzimləyə bilir:
- Çox az təzyiq tələb edən klik
- Orta səviyyə konfiqurasiya
Bu isə xüsusilə səhv kliklərin qarşısını almaq və ya daha səssiz oynamaq istəyən oyunçular üçün üstünlükdür.
Paylaş