
M3 prosessorlu yeni MacBook Air noutbuku Geekbench testlərindən keçib
Cihazlar+
06.03.2024
Emil
Yenicə təqdim edilmiş MacBook Air noutbukları 8 mart tarixində satışa çıxacaqlar. Söhbət, M3 prosessoru vasitəsilə çalışan 13 və 15 düym ekranlı MacBook Air noutbuklarından gedir. İndi isə məlum olub ki, M3 prosessoru vasitəsilə çalışan MacBook Air modellərindən biri artıq Geekbench testlərindən keçib. Beləliklə noutbuk Geekbench-in bir nüvəli testi çərçivəsində 3157 xal, çox nüvəli testi çərçivəsində isə 12 020 xal toplayıb. Qeyd etmək lazımdır ki, M3 prosessoru vasitəsilıə çalışan iMac modeli də eyni test nəticələrini sərgiləyir. Lakin daha öncəki MacBook Air modeli ilə müqayisə edən zaman M2 prosessoru vasitəsilə çalışan keçən ilki MacBook Air Geekbench-in bir nüvəli testi çərçivəsində 2610 xal, çox nüvəli testi çərçivəsində isə 10 120 xal toplayır.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
