
M3 Ultra prosessorlu Apple Mac Studio təqdim edilib - QİYMƏTİ
Cihazlar+
05.03.2025
Emil
Apple elan həftəsini davam etdirərək yenilənmiş Mac Studio masaüstü kompüterini təqdim edib. Bununla yanaşı, şirkətin ən güclü özünəməxsus prosessoru olan M3 Ultra da yeni Mac Studio ilə birlikdə təqdim olunub. Yeni Apple M3 Ultra 28 nüvəli mərkəzi prosessor, 60 nüvəli qrafik prosessor və 32 nüvəli neyron çipini özündə birləşdirir. Şirkət əməkdaşlarının sözlərinə görə, bu prosessor M1 Ultra-dan 2.6 dəfə, M2 Ultra-dan isə 1.5 dəfə daha sürətlidir.

M3 Ultra 512 GB-a qədər UM-u (Unified Memory) dəstəkləyir ki, bu da bütün mövcud fərdi kompüterlər arasında ən yüksək göstəricidir. Prosessorun məlumatları maksimal ötürmə qabiliyyəti isə 800 GB/s-dən çoxdur. Bundan əlavə, M3 Ultra 160 milyondan çox pikselə malik səkkiz Pro Display XDR monitorunu dəstəkləyir. Yeni nəsil Mac Studio xarici görünüşcə əvvəlki modeldən fərqlənmir - bütün dəyişikliklər daxildə edilib.

Kompüter 14 nüvəli M4 Max və ya 28 nüvəli M3 Ultra prosessoru ilə təklif olunur. Bundan əlavə, 96 GB-a qədər RAM və 16 TB-a qədər SSD ilə təchiz edilib. Bundan başqa, girişlər yenilənərək 120 Gbit/s-ə qədər ötürmə qabiliyyətinə malik ən müasir Thunderbolt 5 texnologiyasına uyğunlaşdırılıb. Yenilənmiş Mac Studio 12 mart tarixində satışa çıxacaq. Onun M4 Max prosessoruna sahib versiyasının qiyməti 1999$-dan, M3 Ultra prosessoruna sahib versiyasının qiyməti isə 3999$-dan start götürəcək.
Paylaş
apple
apple mac studio
mac studio
apple mac studio 2025
apple mac studio m3 ultra
apple mac studio m4 max
mac studio 2025
mac studio m3 ultra
mac studio m4 max
Bənzər xəbərlər

Cihazlar+
M4 prosessorlu MacBook Air təqdim edilib - QİYMƏTİ
Apple şirkəti rəsmi olaraq M4 prosessorlu yeni MacBook Air-i təqdim etdi. Yeni MacBook Air əvvəlki nəsillə müqayisədə əhəmiyyətli performans artımı təmin edən M4 prosessoru ilə təchiz edilib.

Tech-Biznes
Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
ABŞ-ın texnologiya sektorundakı şirkətlərin səhmləri Donald Trump-ın andiçmə mərasimindən sonra 7%-dən çox dəyər itirib. Yeni administrasiyanın tətbiq etdiyi gömrük rüsumları ticarət müharibəsini alovlandırıb, bu da Wall-Street-də qeyri-müəyyənliyi artıraraq riskli aktivlərdən investorların geri çəkilməsinə səbəb olub.

Proqram Təminatı
Apple Britaniyanın iCloud-da backdoor yerləşdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edib
Apple Böyük Britaniya hökumətinin iCloud-un end-to-end şifrələmə sistemində backdoor yaratmaq tələbinə qarşı məhkəməyə müraciət edib. Şirkət Böyük Britaniyanın İstintaq Səlahiyyətləri Tribunalına (IPT) şikayət edərək bu tələbi ləğv etdirməyə çalışır.

Cihazlar+
11-ci nəsil adi iPad təqdim edilib - QİYMƏTİ
Apple yeni iPad Air ilə yanaşı 11-ci nəsil iPad planşetini də təqdim edib.

Cihazlar+
iPad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
Apple şirkəti heç gözlənilmədən yeni iPad Air planşetini təqdim edib. Yenilənmiş iPad Air modelinin əsas üstünlüyü ondan ibarətdir ki, o, M3 prosessoru vasitəsilə çalışır.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
