
M4 prosessorlu MacBook Air noutbukunun və iPad Air 7 planşetinin nə zaman təqdim ediləcəyi açıqlanıb
Cihazlar+
08.10.2024
Emil
Apple şirkəti yaxın zamanda M4 prosessorları vasitəsilə çalışacaq yeni MacBook Pro noutbuklarını təqdim etməlidir. Lakin istifadəçilər şirkətdən həmçinin M4 prosessorlu MacBook Air modelini də gözləyirlər. Şirkət M3 prosessoru vasitəsilə çalışan MacBook Air-i bu ilin mart ayında təqdim etmişdi. İndi isə şirkət MacBook Air-in M4 prosessoru vasitəsilə çalışan versiyasını hazırlayır.
Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində M4 prosessorlu MacBook Air-in və 7-ci nəsil iPad Air-in nə zaman təqdim olunacağı barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən M4 prosessorlu MacBook Air noutbuku və iPad Air 7 planşeti 2025-ci ilin yaz fəslində təqdim olunacaqlar. Çox güman ki, təqdimat gələn ilin mart ayında baş tuitacaq. Gözləntilərə əsasən M4 prosessorlu MacBook Air iki versiyada təqdim olunacaq. Birinci versiya 13 düym ölçülü ekrana, ikinci versiya isə 15 düym ölçülü ekrana sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
