
M4 prosessorlu MacBook Air təqdim edilib - QİYMƏTİ
Cihazlar+
05.03.2025
Emil
Apple şirkəti rəsmi olaraq M4 prosessorlu yeni MacBook Air-i təqdim etdi. Yeni MacBook Air əvvəlki nəsillə müqayisədə əhəmiyyətli performans artımı təmin edən M4 prosessoru ilə təchiz edilib. Apple-ın açıqlamasına görə, M4 prosessoru M1-dən 2 dəfə, Intel əsaslı ən sürətli MacBook Air-dən isə 23 dəfə daha sürətlidir. M4 prosessoru 10 nüvəli CPU, maksimum 10 nüvəli GPU və 32 GB-a qədər UM (Unified Memory) dəstəyi ilə təchiz olunub.

MacBook Air iki versiyada təqdim olunub. Birinci versiya 2560x1664 piksel keyfiyyətli 13.6 düym ölçülü ekranla, ikinci versiya isə 2880x1864 piksel keyfiyyətli 15.3 düym ölçülü Liquid Retina ekranla təchiz olunub. Hər iki versiyada ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Noutbuk özündə 12 MP-lik veb kameranı və 2 TB-a kimi SSD-ni birləşdirir. M4 vasitəsilə çalışan yenilənmiş MacBook Air modeli Wi-Fi 6E və Bluetooth 5.3 dəstəyini əldə edib. Yeni MacBook Air modeli 12 mart tarixində satışa çıxacaq. Onun qiyməti isə 999$-dan start götürəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
