main-post-cover

    M4 prosessoru vasitəsilə çalışacaq MacBook Air barəsində məlumatlar verilib

    Cihazlar+
    07.08.2024
    Emil Nəcəfov
         MaxTech adlı YouTube kanalı Apple şirkətinin hələ təqdim edilməmiş növbəti MacBook Air noutbuku barəsində məlumatlar verib. Söhbət, M4 prosessoru vasitəsilə çalışacaq MacBook Air-dən gedir. Beləliklə verilmiş məlumata əsasən M4 prosessoru vasitəsilə çalışacaq MacBook Air 2025 noutbuku daha öncəki MacBook Air modelləri ilə müqayisədə daha yaxşı texniki imkanlara sahib olacaq və müvafiq olaraq daha yüksək performansı sərgiləyəcək. Məlumatda qeyd edilib ki, MacBook Air 2025-in bir nüvəli performansı 21%, çox nüvəli performansı isə 20% yüksələcək.
         3D qrafikanın istifadə ediləcəyi proseslərdə isə noutbukun hesablama gücü 8.5% artmalıdır. Bu cür performansı noutbuk təkcə M4 prosessoru sayəsində deyil, həmçinin minimal konfiqurasiyada sahib olacağı 12 GB RAM sayəsində əldə edəcək. Məlumatda qeyd edilib ki, M4 prosessorlu MacBook Air 4 ədəd Thunderbolt girişini əldə edəcək. Gözləntilərə əsasən noutbuk özündə batareya həcmini qoruyub saxlayaraq bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcək. M4 prosessorlu MacBook Air-in gələn ilin yaz fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, yeni reklam çarxını silərək üzr istəyib!
    apple-yeni-reklam-carxini-silerek-uzr-isteyib
    iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin batareya həcmləri açıqlanıb
    iphone-16-pro-ve-iphone-16-pro-max-modellerinin-batareya-hecmleri-aciqlanib
    Bütün iPhone 17 modelləri yeni ön kameranı əldə edəcəklər
    butun-iphone-17-modelleri-yeni-on-kamerani-elde-edecekler
    iPhone 16-nın nə zaman təqdim olunacağı məlumatı ortaya çıxıb
    iphone-16-nin-ne-zaman-teqdim-olunacagi-melumati-ortaya-cixib
    Apple Vision Pro yeni növ ekranları əldə edə bilər
    apple-vision-pro-yeni-nov-ekranlari-elde-ede-biler