Logo
    main-post-cover

    M4 vasitəsilə çalışan yeni Apple iMac təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    29.10.2024
    Emil
         Apple şirkəti M4 prosessoru vasitəsilə çalışan yeni iMac monoblokunu təqdim edib. Apple bildirib ki, M1 prosessoru vasitəsilə çalışan iMac ilə müqayisədə M4 prosessoru vasitəsilə çalışan yeni iMac gündəlik işlərin yerinə yetirilməsi zamanı 1.7 dəfə, daha resurslu tapşırıqların yerinə yetirilməsi zamanı isə 2.1 dəfə daha performanslı çalışır. Yeni iMac modeli 4.5K keyfiyyətli 27 düym ölçülü Retina ekranla təchiz olunub. Monitorun yuxarı hissəsində Center Stage adlı 24 MP-lik veb kamera mövcuddur. Üstəlik yeni monoblok özündə 6 ədəd səsgücləndiricini, Wi-Fi 6EBluetooth 5.3 dəstəyini birləşdirir.
         Yeni iMac M4 prosessoru ilə yanaşı 16 GB RAM-ı və 256 GB-lıq SSD-ni əldə edib. Şirkət bildirib ki, yeni iMac-ın RAM yaddaşını 32 GB-a kimi, yaddaş həcmini isə 2 TB-lıq SSD-yə kimi yüksəltmək mümkündür. Bununla yanaşı M4 prosessoru hesabına yeni monoblok Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını da dəstəkləyir. Yeni iMac-da olan 4 USB-C girişindən hər biri Thunderbolt 4 dəstəyinə sahibdir. Bunun sayəsində istifadəçi monobloka əlavə olaraq 2 ədəd 6K keyfiyyətli monitoru qoşa bilər. Monoblok macOS Sequoia əməliyyat sistemi vasitəsilə çalışır. M4 prosessoru vasitəsilə çalışan yeni iMac 8 noyabr tarixində satışa çıxacaq. Onun qiyməti isə 1299$-dan start götürəcək.
    Paylaş