Logo
    main-post-cover

    M5 prosessorlu iPad Pro-nun nə zaman təqdim olunacağı açıqlanıb

    Cihazlar+
    05.12.2024
    Emil
         Ming-Chi Kuo adlı məşhur analitik hələ təqdim olunmamış M5 prosessoru vasitəsilə çalışacaq növbəti iPad Pro barəsində məlumat verib. Analitik bildirib ki, M5 prosessoru vasitəsilə çalışacaq növbəti iPad Pro planşeti artıq aktiv şəkildə hazırlanır. Analitik həmçinin planşetin təqribi olaraq nə zaman təqdim olunacağını da açıqlayıb. Beləliklə analitikin fikrincə növbəti iPad Pro planşetinin kütləvi istehsalına 2025-ci ilin payız fəslində start veriləcək.
         Məlumatda qeyd edilib ki, planşetin zavodda yığılma prosesi BYD Electronic şirkəti tərəfindən təmin olunacaq. Qeyd etmək lazımdır ki, bu şirkət həmçinin daha sonra Apple üçün HomePod smart səsgücləndiricisini də istehsal edəcək. Analitikin bəyanatı Apple şirkətinin öz yeni məhsullarının təqdim etmə qrafiki ilə üst-üstə düşür. Apple ümumilikdə iPad Pro planşetlərini hər 18 aydan bir yeniləyir. Buna görə də M5 prosessoru vasitəsilə çalışacaq növbəti iPad Pro-nun 2025-ci ilin payız fəslində təqdim olunacağı gözləniləndir.
    Paylaş