Logo
    main-post-cover

    MacBook-lar üçün Face ID texnologiyası hazırlanır

    Cihazlar+
    02.02.2024
    Emil
         İnsayderlər Apple şirkətinin MacBook noutbukları üçün nəzərdə tutulmuş Face ID texnologiyasına dair yeni patent sənədlərini internetdə aşkar ediblər. Patent sənədlərindən məlum olub ki, MacBook-lar üçün nəzərdə tutulmuş Face ID texnologiyasının reallaşdırılma tərzi iPhone-dakı Face ID-dən tamamilə fərqlənir. Qeyd etmək lazımdır ki, iPhone smartfonunu Face ID vasitəsilə blokdan çıxartmaq üçün smartfonun ön panelini üz hissəsinə yaxınlaşdırmaq lazımdır. Lakin noutbuklar üçün bu cür üsul yaramır.
         Məsələn əgər noutbukun qapağı böyük bucaq altında arxa istiqamətə əyilibsə, Face ID-dən istifadə etmək üçün istifadəçi qapağı fərdi şəkildə özünə tərəf əyməli olacaq. Patent sənədlərində əks olunmuş Face ID texnologiyası isə bu problemi ayrıca şarnir konstruksiyası hesabına aradan qaldırır. Nəzəri cəhətdən ayrıca şarnir konstruksiyası noutbuk qapağının hansı bucaq altında əyilməsindən asılı olmayaraq Face ID skanerinə istifadəçi üzü istiqamətində daimi əyilmə bucağını təmin etməlidir. Sözügedən texnologiyanın nəticədə MacBook-larda olub-olmayacağı bilinmir.
    Paylaş