MacBook Neo “database” testlərində güclü serverlərlə yarışdı
Technote.az “9To5Mac” platformasına istinadən bildirir ki, Apple-ın yeni giriş səviyyəli noutbuku MacBook Neo aparılan yeni benchmark testlərində güclü bulud serverləri ilə rəqabət apararaq diqqət çəkən nəticələr göstərib. DuckDB tədqiqatçısı Gabor Szarnyas tərəfindən həyata keçirilən testlər cihazın ağır verilənlər bazası (database) iş yükündə necə performans göstərdiyini ortaya qoyub.
“Big Data on the Cheapest MacBook” adlı blog yazısında qeyd olunur ki, 512 GB yaddaşa malik MacBook Neo iki məşhur benchmark ClickBench və TPC-DS testləri ilə sınaqdan keçirilib.
Testlərdə noutbuk iki fərqli bulud serverinə qarşı çıxıb:
• 16 AMD EPYC nüvəli və 32 GB RAM-lı c6a.4xlarge
• 192 Graviton4 nüvəli və 384 GB RAM-lı c8g.metal-48xl
• 16 AMD EPYC nüvəli və 32 GB RAM-lı c6a.4xlarge
• 192 Graviton4 nüvəli və 384 GB RAM-lı c8g.metal-48xl
Yəni bəzi hallarda serverlər MacBook Neo-dan 4 dəfə çox yaddaşa və xeyli güclü prosessor resurslarına malik olub.
ClickBench testinin “cold run” mərhələsində, yəni keş yaddaşı boş olduğu vəziyyətdə MacBook Neo bütün sorğuları 1 dəqiqədən az vaxtda tamamlayaraq bulud serverlərini açıq fərqlə üstələyib. Bəzi nəticələrdə noutbuk rəqiblərindən 2,8 dəfə daha sürətli olub.
Ekspertlər bunun əsas səbəbini belə izah edir: bulud serverləri şəbəkəyə qoşulmuş diskdən istifadə etdiyi üçün məlumat oxuma prosesi daha ləng gedir. MacBook Neo isə lokal NVMe SSD sayəsində məlumatlara daha sürətli çıxış əldə edir.
“Hot run” mərhələsində, sistem keşdən istifadə edə bildikdə isə vəziyyət dəyişib. Ən güclü server testləri cəmi 4,35 saniyəyə tamamlayıb, MacBook Neo isə 54,27 saniyə nəticə göstərib.
TPC-DS benchmarkında da MacBook Neo gözləniləndən yaxşı performans göstərib:
• SF100 ölçüsündə median sorğu müddəti 1,63 saniyə olub və bütün test 15,5 dəqiqəyə tamamlanıb.
• SF300 ölçüsündə isə yaddaş məhdudiyyəti hiss olunmağa başlayıb və bəzi sorğular xeyli uzun çəkib. Məsələn, bir sorğu 51 dəqiqə davam edib.
• SF100 ölçüsündə median sorğu müddəti 1,63 saniyə olub və bütün test 15,5 dəqiqəyə tamamlanıb.
• SF300 ölçüsündə isə yaddaş məhdudiyyəti hiss olunmağa başlayıb və bəzi sorğular xeyli uzun çəkib. Məsələn, bir sorğu 51 dəqiqə davam edib.
Buna baxmayaraq, cihaz bütün testləri uğurla tamamlayaraq 79 dəqiqədə yekun nəticə əldə edib. Araşdırmaçılar daha əvvəl A19 Pro çipini iPhone 16 Pro üzərində də sınaqdan keçiriblər. Qurğu −50°C temperaturda, quru buz içində işlədilərək TCP-H benchmarkını 478,2 saniyəyə tamamlayıb.
Paylaş