Logo
    main-post-cover

    MacBook Neo təmir baxımından Apple tarixində yeni mərhələ açır

    Cihazlar+
    13.03.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple yeni təqdim etdiyi MacBook Neo modeli ilə son on ildə istehsal etdiyi noutbuklar arasında ən asan təmir edilən cihazlardan birini hazırlayıb. Cihazın sökülməsi və təmir prosesi ilə bağlı yayımlanan video və rəsmi təlimatlar göstərir ki, yeni model əvvəlki MacBook AirMacBook Pro modelləri ilə müqayisədə xeyli daha modul və sadə quruluşa malikdir.
        Apple 2021-ci ildə istifadəçilərin cihazlarını özləri təmir etməsinə imkan verən Apple Self Service Repair proqramını təqdim etmişdi. Proqram ilk olaraq 2022-ci ilin aprelində iPhone modelləri üçün istifadəyə verilmiş, daha sonra isə Mac kompüterlərinə də genişləndirilmişdi. Lakin proqram yüksək qiymətlər və mürəkkəb prosedurlara görə tez-tez tənqid olunurdu. Son yayımlanan “teardown” videosunda MacBook Neo tam şəkildə cəmi 6 dəqiqə ərzində sökülüb. Videonu hazırlayan texniki komanda cihazın dizaynını “Apple noutbukları arasında ən modul və ən rahat təmir edilən modellərdən biri” kimi qiymətləndirib.
        Yeni modeldə ən diqqətçəkən dəyişikliklərdən biri klaviatura təmiri ilə bağlıdır. Əvvəlki MacBook AirMacBook Pro modellərində klaviaturanı dəyişmək üçün adətən bütün üst korpusu dəyişmək tələb olunurdu. Bu isə kifayət qədər bahalı proses idi. Məsələn, MacBook Air üçün belə təmirin ilkin qiyməti təxminən 461.72 dollar, MacBook Pro 16-inch üçün isə 664.12 dollar təşkil edirdi. Köhnə detal geri qaytarıldıqdan sonra qiymət müəyyən qədər aşağı düşürdü.
        MacBook Neo modelində isə klaviatura ayrıca modul kimi dəyişdirilə bilir. Bu da həm təmir müddətini qısaldır, həm də xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Hazırda Apple yeni model üçün ehtiyat hissələrinin qiymətlərini hələ açıqlamayıb, lakin mütəxəssislər bunun əvvəlki modellərlə müqayisədə xeyli ucuz olacağını düşünür.
    Paylaş