Logo
    main-post-cover

    MacBook Neo üçün sifarişlər artır

    Cihazlar+
    06.03.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, MacBook Neo modelinə maraq artdıqca bəzi versiyalar üçün çatdırılma müddətlərində gecikmələr yaranmağa başlayıb. Xüsusilə 512GB yaddaşa malik modellərin əksəriyyəti artıq 1–2 həftəlik “back-order” statusuna düşüb.
        Hazırda yalnız gümüş rəngli modellər martın 11-i üçün əvvəlki kimi əlçatan olaraq qalır. Digər rəng və yaddaş kombinasiyalarının bir qismi isə daha gec tarixlərə keçib.
        Başlanğıcda cihaz iki əsas konfiqurasiya ilə təqdim edilmişdi:
        •    256GB yaddaşlı model
        •    512GB yaddaş və Touch ID funksiyalı model
         Hər iki versiya dörd rəngdə mövcuddur: Silver, Blush, Citrus və Indigo.
        Son vəziyyətə görə çatdırılma tarixləri belə dəyişib:
        •    Blush 256GB — 16–23 mart
        •    Blush 512GB — 23–30 mart
        •    Citrus 512GB — 23–30 mart
        •    Indigo 512GB — 16–23 mart
        Citrus və Indigo rəngli 256GB modellər isə hələlik martın 11-i üçün mövcuddur. Ümumilikdə isə bir çox konfiqurasiyada çatdırılma müddəti artıq 1–2 həftə uzanıb.
        Şirkət hansı modelin daha çox istehsal edildiyini açıqlamadığı üçün hansı versiyanın daha populyar olduğunu dəqiq demək mümkün deyil. Bununla belə, mövcud vəziyyət gümüş rəngin digər rənglərlə müqayisədə daha az tələb gördüyünü ehtimal etməyə imkan verir.
        Bütün modellərin martın 11-də Apple mağazalarında satışda olacağı bildirilsə də, cihazı əldə etmək istəyənlərə mağazaya erkən getmək tövsiyə olunur.
         Apple tərəfindən təqdim olunan bu model bəzi istifadəçiləri məyus edib, çünki onlar daha ucuz qiymətə MacBook Pro səviyyəsində performans gözləyirdilər. Buna görə də cihaz ağır işlər, məsələn 8K video montajı üçün nəzərdə tutulmayıb.
         Buna baxmayaraq, gündəlik istifadə və yüngül işlər üçün nəzərdə tutulmuş auditoriya arasında MacBook Neo-nun böyük satış uğuru qazanacağı gözlənilir.
    Paylaş