
Mark Zuckerberg Quest 3-ü Apple Vision Pro-dan üstün edən 7 özəlliyi sadalayıb
Cihazlar+
15.02.2024
Emil
Apple Vision Pro qarışıq reallıq cihazı satışa çıxandan sonra Meta şirkətinin CEO-su Mark Zuckerberg onu test etmək qərarına gəlib. Mark cihazı test edərək onu Meta şirkətinin Quest 3 adlı VR cihazı ilə müqayisə edib. Zuckerberg-ın sözlərinə əsasən o, Quest 3-ü Apple Vision Pro-dan üstün edən 7 faktı təyin edib. Həmin fatlar aşağıdakılardır.
- Quest 3 naqillərə sahib deyil
- Quest 3 üçün ayrıca idarəetmə cihazlarını almaq olar
- Quest 3 əl hərəkətlərini daha dəqiq şəkildə təyin edir
- Quest 3 daha çoxlu sayda immersiv kontenti dəstəkləyir
- Quest 3-ün çəkisi 120 qramm daha azdır
- Quest 3-də Youtube videolarını izləmək və onun üzərindən Xbox konsolunda oyunları işə salmaq olar
- Quest 3 hərəkət zamanı təsviri daha dəqiq şəkildə ötürür
- Quest 3 daha geniş baxış bucağına və daha parlaq ekranlara sahibdir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
