main-post-cover

    Marshall Major V naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    17.04.2024
    Farid Pardashunas
         Marshall şirkəti Major V adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Bu yeni qulaqlıq Marshall Major seriyasının daha öncəki modelinin tanınan dizaynını və qatlana bilən konstruksiyasını əldə edib. Marshall Major V-in gövdəsində USB-C girişi və ayarlana bilən fiziki düymə mövcuddur. Fiziki düyməyə ekvalayzer ayarlarını, səsli köməkçinin işə düşmə prosesini və ya Spotify Tap funksiyasından istifadəni təyin etmək olar. Bu yeni naqilsiz qulaqlıq smartfonlara və digər cihazlara Bluetooth LE (Low Energy) üzərindən qoşulur. Marshall Major V bir dəfə şarj olunandan sonra 100 saat ərzində çalışa bilir və üstəlik naqilsiz şarj texnologiyasını dəstəkləyir. Qulaqlıq 23 aprel tarixində 150$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər