main-post-cover

    Marshall Minor IV naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2024
    Farid Pardashunas
         Marshall şirkəti Major V ilə yanaşı daha bir naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Marshall Minor IV-dən gedir. Bu yeni naqilsiz qulaqlıq xarici görünüşcə əvvəlki Marshall Minor modelindən heç də fərqlənmir. Qulaqlıqlar 12 mm-lik audio drayver ilə təchiz olunublar və onların gövdələri IPX4 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Qulaqlıqların idarəetməsi smartfonlar üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə həyata keçirilir. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 7 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində bu göstərici 30 saatdan çox təşkil edir və üstəlik qulaqlıqlar sürətli şarj texnologiyasının dəstəyinə sahibdirlər. Marshall Minor IV artıq 130$ qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Marshall Major V naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
    marshall-major-v-naqilsiz-qulaqligi-teqdim-olunub-qiymeti